sex shop
avcılar sex shop   beylikdüzü sex shop   avcılar sex shop   avcılar sex shop   beylikdüzü sex shop   beylikdüzü sex shop   samsun sex shop   samsun sex shop   vibratör   izmir sex shop   izmir sex shop   izmir sex shop    sex shop   saç bakım   jartiyer takımı   sex shop   işitme cihazı  

Medya.Berlin Azerbeycan haber portalı Hafta.Az 'a konuk oldu.

Genel yayın yönetmeni Mustafa Ekşi Azerbeycan Bakü'de faliyet gösteren Hafta.az online haber portalına konuk oldu .Cumhurbaşkanı Erdoğanın Almanya ziyareti üzerine Almanya gündemi değerlendirildi.Vüsal Tağıbəyli yaptığı röportaj Azerbeycan Türkçesi ile orginal olarak sunuldu.
Bu haber 2018-09-29 13:02:29 eklenmiş ve 536 kez görüntülenmiştir.

HAFTA.AZ-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda çox dayanmayıb Almaniyaya getdi. İki günlük səfəri zamanı Almaniya prezidenti və federal kansleri ilə görüşlər keçirib, çox sayda hökumət rəsmisi ilə bir araya gəlib. Hətta təyyarədən enər-enməz bu ölkədə yaşayan və işləyən türk iş adamları, dərnək sədrləri və sair ictimai çəkili insanlarla da görüşüb, işləri ilə maraqlanıb. Kölndə bir məscidin açılış;nda iştirakı da gözlənilir. Bütün bunlar onun səfərinin rəsmi hissəsi. Bəs uzun illərdir Türkiyəyə qarşı ikili siyasət yürüdən, PKK-nın düşünən beyinlərini, maddi dəstəkçilərini, bu azmış kimi, son vaxtlar FETÖ terrorunda rol alan xainləri öz ərazisində bəsləyən Almaniyada Türkiyə prezidentinə insanların münasibəti necədir, necə qarşılanıb, necə maraq göstərilir ona? Bu barədə Almaniyada nəşr olunan “Media-Berlin” qəzetinin təsisçisi, türk əsilli jurnalist Mustafa Eksi ilə söhbətləşdim.

- Türkiyə prezidenti Berlində çox yüksək səviyyədə qarşılanıb. Almaniyada Türkiyə əsilli insanlar var, bilirsiniz, onların əksəriyyəti Ərdoğanı sevir və hörmət edir. Bu insanlar səfər zamanı Ərdoğanı alqışlamaq üçün küçələrə axışmışdılar. Xüsusilə də, böyük bir qələbəlik əllərində türk bayraqları, öz sevgilərini göstərmək üçün onun qaldığı otelin qarşısında toplaşmışdılar. Yeri gəlmişkən, Almaniya mətbuatı son bir aydır bu böyük dövlət dəvətindən bəhs edir. Amma təəssüf ki, alman mediasında FETÖ və PKK-nın istiqamətləndirdiyi yazılarla da doludur. Buna baxmayaraq, səfər və əlbəttə, qarşılanma mərasimləri çox yüksək səviyyədə təşkil olunub. Almaniya prezidenti, tarixində Turqut Özaldan sonra ikinci dəfədir ki, məhz Ərdoğanı rəsmi hərbi qaravulla qarşılayıb. Almaniyada bu görüşlərə, xüsusilə ABŞ-ın Almaniya və Rusiyaya dair münasibəti baxımından çox önəm verirlər. Burada Türkiyənin vasitəsilə çıxış yolu axtarılır. Türkiyənin hər zaman olduğu kimi, geopolitik dəyəri ortaya çıxır. Azərbaycanla əlaqələrin güclü olması Türkiyənin əhəmiyyətini daha da artırır.

- Bayaq dediniz ki, FETÖ və PKK-nın təsiri altında yazılar çıxır mətbuatda. Bəs ümumiyyətlə, səfər zamanı həmin qrupların mövqeyi özünü necə göstərib?

- PKK Almaniyada qanunla yasaq olmasına baxmayaraq, illegal fəaliyyətini davam etdirir. Hətta Ərdoğanın səfərindən az əvvəl - ötən həftə Türk Təhsil Dərnəyinə molotoflu hücum edilmişdi. Almaniya əlində saxladığı terror təşkilatlarını bəsləyir və mütəmadi şəkildə Türkiyəyə qarşı istifadə edir. Bu da, təbii ki, Ərdoğanı ən çox narahat edən mövzulardandır. Hesab edirəm, o, bu müstəvidə hazırlatdırdığı siyahını görüşdüyü alman liderlərə təkrar təqdim edəcək.

- Yeri gəlmişkən, sizin media nə yazır bu barədə, Ərdoğan terrorçularla bağlı məsələni müzakirə etdimi?

- Hə, əlbətdə danışıb. Bildiyimizə görə, Ərdoğan 69 terrorçunun adı yazılan siyahını kansler Merkelə verib. Əslində Ərdoğan Merkelə, əsasən ticarətin gedişatı və bu müstəvidə ''yeni bir səhifə” açmaq istədiyini çatdırmağa çalışıb. Dediyim kimi, Almaniya terror məsələsində Türkiyə ilə əlaqələrini müttəfiq münasibətləri çərçivəsində qurmur və bundan doğan qüsurlar da iki ölkə arasında münasibətlərə ziyan vurmaqdadır. Təbii ki, burada Türkiyənin Almaniyada yaşayan milyonlarla türkə dəstəyinin zəifliyi də öz rolunu oynayır. Məncə Türkiyə dövləti Almaniyada mövcud olan insan qaynağından yetərincə yararlanmalıdır.

- ABŞ-ın dünya ölkələrindən idxala qoyduğu yüksək vergi limiti, bilirsiniz, o cümlədən, Türkiyə ilə yanaşı Almaniya sənayesinə də mənfi təsirini göstərir. Sizə elə gəlmirmi ki, bu vəziyyətdən istifadə edərək Almaniya ilə Türkiyə arasında iqtisadi əlaqələri daha da inkişaf etdirmək olar. Yəni ABŞ-ın bu davranışı Berlinlə Ankaranı bir-birinə daha da yaxınlaşdıra bilər…

- Almaniya ötən il xaricə 300 milyard dollar həcmində məhsul ixrac edib. Yəni Almaniya Türkiyə ilə müqayisədə ən çox məhsul satan ölkədir. Ticarətin səviyyəsini artırmaq, əlbətdə ki, hər bir ölkənin arzusudur. ABŞ Almaniyanın Rusiya ilə əlaqələrinin güclü olaraq qalmasını qəti şəkildə istəmir. Ümumiyyətlə, bu gün Vaşinqtonun bəlası odur ki, dünya üzərində jandarm rolunu oynamaq istəyir və bu missiyanın kiminsə əlinə keçəcəyindən əndişələnir. Ən pisi isə budur ki, son vaxtlar prezident Tramp müttəfiqlərinə qarşı dostluqdan daha çox düşmən davranışını ortaya qoyan çıxışlar etməkdədir.

- Amma əslində ABŞ-a qarşı adekvat tədbirlər görə bilər bu ölkələr…

- Nəzərdən qaçırmayın ki, Almaniya bütün Avropanın əsas lokomotivi, siyasi güc mərkəzidir. Onun siyasi təsirini, məsələn, Yunanıstan üzərində hamımız gördük. Əlbətdə, bunu ABŞ da görür və qısqanır. Almaniyanın Ukraynada da böyük layihələri mövcuddur və bu da Kiyev üzərində təsir deməkdir. ABŞ bunu qəbul edə bilmir. ABŞ Almaniyanın avtomobil satışına cəza kəsdi, Almaniya da cavabında google-yə qarşı eyni tədbiri gördü. Məncə bu cür davranışlar davam edəcək.

- Niderlanın XİN başçısı bəyan edib ki, PYD-nin PKK ilə əlaqəsi var və bu səbəbdən də ölkəsi onlara heç bir yardım göstərməyəcək. Necə bilirsiniz, Ərdoğanın Almaniyada olduğu gündə verilən bu açıqlama təsadüfdür, yoxsa Berlinin təsiri altında Avropa Birliyinin Türkiyəyə qarşı dəyişən münasibətinin təzahürü?

- Niderland Almaniyanın arxasınca gedən bir ölkədir. Onların son səfir təyinatını da eşitmisiniz yəqin ki - Şaban Dişli səfir təyin olunub. Rəsmi Amsterdamdan əlaqələri düzəldəcəyi göslənilir.

- Bu gün eşitdim ki, Almaniya prezidentinin Ərdoğanın şərəfinə verəcəyi ziyafətdə kansler Merkel iştirak etməyəcək. Nə məsələdir, sayğısızlıq edir, yoxsa…

- Protokol qaydalarının necə olduğunu deyə bilmərəm, amma bilin ki, Merkelin prezident Ərdoğanla səhər və axşam yeməklərində bərabər olacağı bildirilir. Məncə bu məsələni Ərdoğan və Türkiyənin əleyhinə olan qruplar şişirdirlər.

- Türkiyə prezidenti Berlinə enər-enməz türk iş adamları, dərnək rəhbərlərini və sair toplayıb, qapalı görüş keçirib. Sizcə niyə belə tələsib, yoxsa türklərin sıxıntısı var, Ərdoğan da onları öyrənib görüşəcəyi rəhbərlərə çatdırmaq istəyib?

- Yox, bu görüş Almaniyada fəaliyyət göstərən türk iş adamlarının tələbi əsasında baş tutub. Ona görə də Ərdoğan ABŞ-da erkən başa çatan səfərindən sonra Berlində ilk olaraq onlarla bir araya gəlib. Çünki Türkiyə prezidenti sabah Köln şəhərində məscidin açılışında iştirak edəcək deyə, vaxtı qalmayacaq. Hətta səfərin yekununa dair liderlərin ortaq mətbuat konfransını keçirib-keçirməməsi barədə müəmma vardı. Çünki Türkiyə tərəfi bu konfransda fərari Can Dündarın ola biləcəyini zənn edərək media qarşısına çıxmamağı düşünürdü. Amma son anda mətbuat konfransı baş tutub və Can Dündar tədbirə qatılmayıb.

 
 

ETİKETLER : röportaj Vusal Tağlıbeyli
Diğer RÖPORTAJ-VIDEO haberleri
Android apk indir
avcılar sex shop   beylikdüzü sex shop   avcılar sex shop   avcılar sex shop   beylikdüzü sex shop   beylikdüzü sex shop   samsun sex shop   samsun sex shop   vibratör   izmir sex shop   izmir sex shop   izmir sex shop    sex shop   saç bakım   jartiyer takımı   sex shop   işitme cihazı  

Yazarlar

Döviz Kurları

  ALIS SATIS
$ USD 5.5498 5.5598
€ EURO 6.3900 6.4015
Arşiv Arama
- -
Medya.Berlin | Haber, Gündem, Video-Röportaj, Spor
© Copyright 2018 Medya.Berlin. Tüm hakları saklıdır.
GÜNDEM
Kadına Şiddet
Anayasa Haberleri
Trafik Kazaları
Yerel Seçimler
SPOR
Spor Haberleri
Futbol Haberleri
Basketbol Haberleri
Şampiyonlar Ligi
SİYASET
AKP Haberleri
MHP Haberleri
CHP Haberleri
Genel Siyaset
ÖNEMLİ
Dışişleri Bakanlığı
Berlin Basin Müşavirliği
Berlin Büyükelçiliği
A.Ö.L.
DÜNYA
Almanya Gündem
Berlin Gündem
Avrupa Gündem
Türkiye Gündem